Mətyu Brayzə: ABŞ-ın Dağlıq Qarabağ münaqİşəsİnİn nİzamlanması üçün genİş İmkanları var
Tbilisi, 10 sentyabr, AZƏRTAC
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ABŞ-ın imkanları genişdir və ABŞ Prezidenti riskli görünən siyasi addımlar atmaq üçün münaqişə tərəflərinə yardım edə bilər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Atlantik Şuranın siyasi şərhçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Mətyu Brayzə söyləyib.
M.Brayzə deyib: "Keçmiş həmsədr kimi, deyə bilərəm ki, ABŞ münaqişənin nizamlanması istiqamətində böyük imkanlara malikdir. ABŞ Prezidenti tərəfindən münaqişənin həlli üçün bir qədər maraq da var və bu işdə yardım edə bilər".
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi