Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

ATƏT PA-nın sədrİ: Ermənİstanın baş nazİrİnİn Dağlıq Qarabağla bağlı səsləndİrdİyİ bəyanat danışıqlar prosesİnİn gedİşİnə zərbə vurur

Tbilisi, 10 sentyabr, AZƏRTAC

Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ ilə bağlı səsləndirdiyi bəyanat münaqişənin nizamlanmasına və danışıqlar prosesinin gedişinə zərbə vurur.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ATƏT PA-nın sədri Giorgi Tsereteli söyləyib.

ATƏT PA-nın sədri deyib: “Düşünürəm ki, münaqişənin həllinə nail olmaq məqsədi daşımayan və ölkələr arasındakı müzakirələrə töhfə verməkdən uzaq olan bu cür bəyanatların səsləndirilməsi hər zaman sülh prosesinə zərbə vurur. ATƏT məkanında, Cənubi Qafqazda mövcud olan Dağlıq Qarabağ münaqişəsi bütün dünyanın, eləcə də bizim təşkilatımızın diqqət mərkəzindədir. Biz daha çox konstruktiv bəyanatlar eşitmək istəyirik və konkret addımlar gözləyirik".

Onun sözlərinə görə, münaqişənin ədalətli həllinə nail olmaq üçün fikir ayrılıqlarını və fərqli düşüncələri bir araya gətirib ortaq dil tapmaq lazımdır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yalnız beynəlxalq hüquq çərçivəsində nail olmaq mümkündür.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

VİDEO

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR