Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Əlİ Əhmədov BMT-də Dağlıq Qarabağla bağlı qətnamələrİn yerİnə yetİrİlməməsİndən danışıb

9-18 iyul tarixlərində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində səfərdə olan Azərbaycan Baş Nazirinin müavini Əli Əhmədov BMT Baş Assambleyasında Əhali və inkişaf üzrə Qahirə Konfransının 25 illiyi münasibətilə keçirilən yüksək səviyyəli iclasda çıxış edib. 

APA-nın xəbərinə görə, Baş Nazirin müavini Əli Əhmədov 1994-cü ildə təşkil edilən Qahirə konfransının əhəmiyyətini vurğulayaraq konfransın həyata keçirilən təşəbbüslərin mərkəzində insanların rifahının ön planda olduğunu sübut etdiyini qeyd edib. 

Bununla yanaşı, ölkəmizdə həyata keçirilən sosial islahatlar çərçivəsində həyat səviyyəsinin yüksəldiyini, insan hüquq və bərabərliyinin təmin edildiyini, o cümlədən sosial xidmətlərə əlçatanlığın artırılması üçün kompleks tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Son 15 ildə 2 milyondan çox iş yerinin açıldığını, əmək haqları və pensiyaların müvafiq olaraq bir neçə dəfələrlə artırıldığını, əhalinin 1.6 milyon artaraq 10 milyona çatdığını vurğulayıb. Ötən dövr ərzində sosial infrastrukturun əhəmiyyətli dərəcədə yaxşılaşdırıldığını və 100-lərlə məktəb, tibb ocaqları və digər sosial obyektlərin  inşa edildiyini diqqətə çatdırıb.

 

Eyni zamanda, ölkəmizin gənclər və gender siyasətinə xüsusi önəm verdiyini və gənclərin, qadınların məşğulluğunun, o cümlədən onların ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində məqsədyönlü siyasətlərin həyata keçirildiyini vurğulayıb.

Bununla yanaşı, Əli Əhmədov Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu və 1 milyondan çox azərbaycanlının yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyünü və BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi qətnamələrin indiyədək yerinə yetirilmədiyini diqqətə çatdırıb.

Eyni zamanda, Baş Nazirin müavini Əli Əhmədov Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində qısa müddət ərzində əhəmiyyətli işlərin görüldüyünü, DİM-lərin ölkə prioritetlərinə inteqrasiya edildiyini, habelə regionda və MDB məkanında ilk ölkə olaraq ikinci dəfə Birləşmiş Millətlər Təşkilatının Yüksək Səviyyəli Siyasi Forumuna Könüllü Milli Hesabatın təqdim olunduğunu xüsusi vurğulayıb.

Mirmahmud Kazımoğlu

VİDEO

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR