Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Nİderlandlı tələbələrə Ermənİstan-Azərbaycan Dağlıq Qarabağ münaqİşəsİ barədə məlumat verİlİb

Bakı, 9 sentyabr, AZƏRTAC 

Niderlandın Leyden Universitetinin beynəlxalq münasibətlər, dövlət idarəetməsi və politologiya ixtisası üzrə təhsil alan bir qrup tələbəsi ilə Azərbaycanın bu ölkədəki səfirliyində görüş keçirilib.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüş çərçivəsində tələbələrə Azərbaycanın müasir xarici siyasətinin əsas istiqamətləri ilə bağlı təqdimat edilib. Təqdimatda 2019-cu ildə Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının yaradılmasının 100 illiyinin qeyd edildiyi bildirilib, bu dövrdə ölkəmizin əldə etdiyi nailiyyətlərdən, həyata keçirilən transregional layihələrdən, iki dövlət arasında qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyətindən və bu istiqamətdə səfirliyin fəaliyyətindən bəhs olunub.

İnteraktiv şəkildə keçən görüş zamanı tələbələr Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin məsələ ilə bağlı mövqeyi, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində bu münaqişə ilə bağlı qəbul edilən əsas sənədlər, ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə həyata keçirilən danışıqların vəziyyəti barədə məlumatlandırılıblar.

VİDEO

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR