Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Müdafİə Nazİrlİyİ: Ordumuz düşmənİn İstənİlən fəalİyyətİnİ müxtəlİf kalİbrlİ sİlahların nİşangahı altında saxlayır

Bakı, 18 avqust, AZƏRTAC 

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan mətbuatının yaydığı xəbərə münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təbliğat məqsədilə yayılan bu xəbərin heç bir əsası yoxdur: “Tam fərqli olaraq Azərbaycan Ordusunun bölmələri cəbhənin bütün istiqamətlərində düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır, vizual və xüsusi texniki müşahidə vasitələri ilə izləyir, eləcə də onun istənilən hərəkətinin qarşısını hər an almağa hazırdır. Bu kimi xəbərlər gülüş doğurur. Biz bu cür məlumatlara, onları yayanlara və ələlxüsus inananlara təəssüf hissi ilə yanaşırıq”.

Qeyd edək ki, Ermənistan mətbuatı guya aparılan mühəndis istehkam tədbirləri nəticəsində mövqelərini irəli çəkmələri barədə məlumat yayıb.

VİDEO

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR