Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Tİjjanİ Məhəmməd-Bande: "Azərbaycanın məcburİ köçkünlərİnə xüsusİ dİqqət yetİrİrİk"

“BMT yarandığı tarixdən etibarən beynəlxalq təşkilat olaraq öz yerlərindən didərgin düşən, münaqişə nəticəsində bir ölkədən digər ölkənin ərazisinə pənah gətirən insanların problemlərinin həll olunmasına hər zaman böyük dəstək göstərib”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan BMT-nin Baş Assambleyasının Prezidenti Tijjani Məhəmməd-Bande jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hər hansı şəraitdən asılı olmayaraq bütün fərdlərin hüquqları BMT-nin fəaliyyətinin əsas hissəsini təşkil edir.

“Biz BMT olaraq universal “İnsan hüquqları haqqında bəyannamə”ni, o cümlədən qəbul olunmuş digər konvensiyalar və mexanizmləri çox ciddi şəkildə qəbul edirik. Bildiyiniz kimi, miqrasiya ilə bağlı, qaçqınların taleyi ilə bağlı konvensiya və digər razılaşmalar var. BMT bu məsələlərin həllinə ciddi yanaşır və dəstək göstərir. Həmçinin BMT-nin qaçqınlarla, yerlərindən didərgin düşmüş insanların məsələləri ilə məşğul olan bir təşkilatı var. Dünyanın istənilən nöqtəsində qaçqınların könüllü olaraq öz yerlərinə qayıtması, onlar üçün müvafiq şəraitin olması, yerlərinə qayıtdıqdan sonra qaçqınların sülh şəraitində yaşaması kimi məsələlərə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı xüsusi diqqət yetirir. Bu komissarlıq həm Azərbaycanın qaçqın və məcburi köçkünlərinə, həm də bütövlükdə digər qaçqınlara eyni cür yanaşma göstərir. BMT-nin qeyd edilən qurumunun nümayəndəliyi Azərbaycanda uzun illərdir fəaliyyət göstərir və bu məsələyə hərtərəfli yanaşaraq öz dəstəyini göstərir”, - deyə Tijjani Məhəmməd-Bande qeyd edib.

Günay Elşadqızı

 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR