Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Azərbaycan və Ermənİstan Xarİcİ İşlər nazİrlərİ tezlİklə görüşəcəklər

Yaxın zamanda Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü planlaşdırılır.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan bu gün keçirilən mətbuat konfransında deyib.

“Bu görüş artıq planlaşdırılıb. Ancaq çox təəssüf ki, görüşümüzün vaxtı barədə heç nə deyə bilmərəm. Çünki görüşün tarixinin iki ölkə tərəfindən eyni vaxtda elan olunması barədə razılaşma var”, - deyə Z. Mnatsakanyan bildirib.

 

Qeyd edək ki, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Z. Mnatsakanyan arasında sonuncu görüş iyunun 20-də Vaşinqtonda ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçirilib.

Zümrüd Paşkin

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR