Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

DSX: Qazax rayonunda sərhəd döyüş məntəqəmİz düşmən tərəfİndən snayper atəşİnə tutulub

Bakı, 30 avqust, AZƏRTAC

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin (DSX ) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, avqustun 29-da saat 18:30-da Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Şavarşavan kəndi yaxınlığındakı döyüş mövqeyindən Qazax rayonunun Fərəhli kəndi istiqamətindəki sərhəd döyüş məntəqəmiz snayper atəşinə tutulub. Nəticədə arxa istiqamətdə təminat yolunda hərəkət edən hərbi yük nəqliyyat vasitəsi atəşə məruz qalıb. Hərbi qulluqçular arasında xəsarət alma halı olmayıb.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşi ilə susdurulub.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR