Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Ombudsmanın nümayəndələrİ fərarİlİk etmİş ermənİ hərbçİyə baş çəkİblər

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Müdafiə Nazirliyinin hauptvaxtına başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, başçəkmədə məqsəd avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində fərarilik etmiş  erməni hərbi qulluqçu Kazaryan Aro Xaykoviçin saxlanılma şəraitinin və rəftarın araşdırılması, onun hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

A. Kazaryanla tərcüməçinin iştirakı ilə söhbət zamanı o, həkim müayinəsindən keçdiyini, səhhətinin normal olduğunu, saxlanılma şəraitindən, onunla rəftardan və qida təminatından razı qaldığını, ona qarşı insan hüquqlarının pozulmasına yol verilmədiyini və hər hansı bir şikayətinin olmadığını bildirib.  

 

Qeyd edək ki, avqustun 12-də səhər saatlarında düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviç cəbhənin Füzuli rayonu istiqamətində  bölmələrimizin sayıqlığı nəticəsində saxlanılıb.

Kəmalə Quliyeva

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR