Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Fərarİlİk etmİş ermənİ hərbİ qulluqçu təmas xəttİndə bölmələrİmİz tərəfİndən saxlanılıb

Bakı, 12 avqust, AZƏRTAC

Avqustun 12-də səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviç bölmələrimizin sayıqlığı nəticəsində saxlanılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ilkin dindirilmə nəticəsində düşmən hərbçisinin fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə hökm sürən özbaşınalıq, hərbi qulluqçulara qarşı dözülməz və qeyri-insani münasibət olduğu müəyyənləşib.

Erməni hərbi qulluqçu A.Kazaryanın uzun müddət ərzində komandirləri və digər hərbi qulluqçular tərəfindən dəfələrlə fiziki və mənəvi təzyiqlərə məruz qalması onun baş nahiyəsindəki hematomalar və bədənindəki yaralardan da aydın görünür.

Hazırda A.Kazaryana tibbi yardım göstərilir. Hadisənin araşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR