Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Leyla Abdullayeva: “Mnatsakanyan “stabİllİyİn” mənasını yanlış anlayır"

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Alman Marşal Fondunun baş mütəxəssisi Conatan Katza müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirib. 

APA-nın xəbərinə görə, L. Abdullayeva özünün “Twitter” səhifəsində bildirib ki, Ermənistan xarici işlər naziri “stabilliyin” mənasını yanlış anlayır.

“Başqa bir ölkənin torpaqlarını hərbi işğal altında saxlayan və qanlı etnik təmizləmə həyata keçirən istilaçı ölkə necə “stabillik adası” ola bilər?! İlk növbədə beynəlxalq hüquqa hörmət edilməlidir”, - XİN rəsmisi qeyd edib.

 

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Alman Marşal Fondunun baş mütəxəssisi Conatan Katza müsahibəsində Ermənistanı “stabillik adası” adlandırıb və ölkəsinin regionda stabilliyə töhfə verdiyini deyib. 

Zümrüd Paşkin

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR