Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

BMT-nİn İnsan Hüquqları Şurasının sessİyasında Azərbaycanın qaçqın və məcburİ köçkün problemİndən danışılıb

Bakı, 29 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov BMT-nin İnsan Hüquqları Şurasının 41-ci sessiyasında iştirak edib.

Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, F.Hüseynov sessiya çərçivəsində yüksəkvəzifəli şəxs qismində çıxış edib.

Sədr müavini Azərbaycanın əhalinin sayına nisbətdə ən çox məcburi köçkün və qaçqın əhalisi olan ölkələr sırasında olduğunu diqqətə çatdırıb. O, yurd-yuvalarından didərgin düşmüş şəxslər mövzusunun beynəlxalq ictimaiyyətin gündəliyində duran ən vacib məsələlərdən biri olduğunu və bu məsələnin köklü səbəblərinin aradan qaldırılması istiqamətində bütün səviyyələrdə konkret tədbirlər və böyük diqqət tələb etdiyini vurğulayıb. Hazırda dünyada məcburi şəkildə köçürülmüş şəxslərin sayının 71 milyona çatdığına diqqəti çəkən F.Hüseynov insanların acısına səbəb olan bir çox münaqişələrin hələ də həlli yolunun tapılmadığını təəssüf hissi ilə qeyd edib.

Azərbaycanın bu mövzuya həssaslığının anlaşılan olduğunu vurğulayan sədr müavini, ölkəmizdə məcburi köçkün probleminin Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf yeddi rayonunun işğalından qaynaqlandığını bildirib. Bu xüsusda, sədr müavini Ermənistanın həyata keçirdiyi hərbi təcavüz, işğal və etnik təmizləmə siyasəti nəticəsində 250 min azərbaycanlının Ermənistandakı ata-baba yurdlarından qovulduğunu və 700 min insanın Azərbaycanın işğal olunmuş ərazilərindən məcburi köçkün vəziyyətinə düşdüyünü vurğulayıb.

Ölkə başçısının rəhbərliyi altında Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işlər, o cümlədən onların yaşayış şəraitinin təkmilləşdirilməsi sahəsində aparılan fəaliyyət, eləcə də bu sahədə icra olunan dövlət proqramları barədə məlumat verən F.Hüseynov xüsusi vurğulayıb ki, 300 min məcburi köçkün soydaşımızın mənzil-məişət şəraiti yaxşılaşdırılıb, görülən tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizədək azalıb. Ümumilikdə, ötən müddət ərzində bu sahəyə 7,4 milyard ABŞ dollar məbləğində vəsaitin ayrıldığını qeyd edib. O, bu tədbirlərin məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaq hüququnun bərpasına imkan yaradacaq Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin siyasi həllinin tapılmasına qədər müvəqqəti tədbirlər kimi xarakterizə oluna biləcəyini deyib. Sədr müavini BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçilərinin hesabatlarına istinad edərək, Azərbaycanda məcburi köçkünlərin problemlərinin yeganə davamlı həllinin yalnız Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması və beləliklə, məcburi köçkünlərin öz doğma yurdlarına ləyaqətli, könüllü və təhlükəsiz şəkildə beynəlxalq hüquqda təsbit olunmuş qayıtmaq hüququnun təmin edilməsindən sonra tapılmasının mümkünlüyünü vurğulayıb.

F.Hüseynov azərbaycanlı məcburi köçkünlər adından onları gündəlik narahat edən məsələlərə Şuranın diqqətini çəkərək, nə zaman öz yurdlarına qayıdacaqları, nə vaxtadək məcburi köçkün olaraq qalacaqları və hansı səbəbdən beynəlxalq ictimaiyyətin azərbaycanlı məcburi köçkünlərin pozulmuş insan hüquqlarının bərpası məsələsinə laqeyd qaldığını sorğu edib.

Sonda o, məcburi köçkünlər üçün ədalətin bərpa olunmasının istənilən uzunmüddətli sülhün və təhlükəsizliyin təməli olduğunu bəyan edib.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR