Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Türkİyənİn Avrasİya Araşdırmalar Mərkəzİnİn saytında AZƏRTAC-ın xüsusİ müxbİrİnİn ermənİ təcavüzkarlığı barədə məqaləsİ yayılıb

İstanbul, 29 iyun, AZƏRTAC

Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) rəsmi saytında “İki yüz illik erməni təcavüzkarlığının əsasları” sərlövhəli məqalə yayılıb.

AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtının müəllifi olduğu məqalədə ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinin məqsəd və nəticələrindən, saxta “böyük Ermənistan” iddiasından bəhs olunur. Həmçinin erməni millətçi dairələrinin ayrı-ayrı ölkələrdə törətdikləri mütəşəkkil cinayətlər tədqiqata cəlb olunub.

Müəllif elmi və rəsmi mənbələrə istinadla ümummilli lider Heydər Əliyevin tarixi xilaskarlıq missiyası, Ulu Öndərimizin saxta “erməni məsələsi”nin ifşa olunması istiqamətində qəbul etdiyi mühüm qərarlar və onların uğurlu nəticələri barədə türkdilli oxucuları məlumatlandırır. Həmçinin ermənilərin Azərbaycanda və Türkiyədə törətdiyi ağır cinayətlər, eləcə də Xocalı soyqırımı, Sumqayıt hadisələri, Naxçıvanın işğal edilməsi planları, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü barədə çoxsaylı faktlar tədqiqata cəlb olunub.

Məqalədə AZƏRTAC-ın materiallarından da istifadə olunub.

Qeyd edək ki, Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzi saxta “erməni məsələsi”nin araşdırılması ilə məşğul olan ixtisaslaşmış ən nüfuzlu təşkilatdır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR