Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Səməd Seyİdov: Etnİk təmİzləmə aparan, monoetnİk ölkə demokratİyadan danışa bİlməz

Strasburq, 25 iyun, AZƏRTAC 

Bu gün həqiqətən də dialoqa, qarşılıqlı anlaşmaya ehtiyac var. Başa düşmək lazımdır ki, kommunikasiyasız Avropada, bu təşkilatın nəzdində və dünyada dostluq mühiti yaratmaq mümkün olmayacaq. Nifrətlə, etimad və hörmət olmadan, dəfələrlə bu zalda gördüyümüz bəzi lüzumsuz davranışlarla dostluq mühiti yaratmaq mümkün deyil.

Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Səməd Seyidov qeyd edib ki, Azərbaycan dialoq, qarşılıqlı anlaşma sahəsində çox yaxşı bir nümunə ola bilər. Xalqlar, konfessiyalar arasında dialoqun təşkil olunması sahəsində zəngin təcrübəmiz var. Nümayəndə heyətinin rəhbəri bu yaxınlarda 10 illiyi qeyd edilən “Bakı Prosesi”nin əhəmiyyətini qeyd edib, onun dialoq sahəsində çox yaxşı platforma olduğunu diqqətə çatdırıb.

Səməd Seyidov müxtəlif dinlərin nümayəndələrinin bir araya gəlib bu tədbirdə gələcək münasibətlərini müzakirə etdiklərini vurğulayaraq, Assambleyada da eyni yanaşmanı qəbul etməyin vacibliyinə toxunub: “Təəssüf ki, burada bəzi manevrlərin, çox təhlükəli çıxışların, saxta məlumatların, qeyri-real yanaşmaların şahidi oluruq. Bu təşkilatda belə davranışları dayandırmalıyıq. Bir az əvvəl qonşu ölkənin nümayəndəsi blokadadan, tədrisin əlçatmaz olmasından və digər amillərdən danışdı. Amma heç kim bu problemin yaranması məsələsinə toxunmadı. Bu problem Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı aparılan etnik təmizləmə nəticəsində yaranıb. Bu gün işğal altında olan ərazilərdə azərbaycanlılar və digər etnik qrupların nümayəndələri yoxdur. Bununla belə, hələ demokratiya yaratmaq istəyirlər, bu, qətiyyən mümkün deyil. Etnik təmizləmə, həqiqətlərin saxtalaşdırılması ilə deyil, müxtəliflik, dialoq, qarşılıqlı anlaşma sayəsində həqiqətə nail olmaq mümkündür”, - deyə Səməd Seyidov vurğulayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR