Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

P.Bülbüloğlu: Dünya bİrlİyİ Ermənİstanın hərbİ təcavüzünün nətİcələrİnİ heç vaxt legİtİm hesab etməyəcək

Moskva, 29 may, AZƏRTAC

Ermənistan dərk etməlidir ki, dünya birliyi hərbi təcavüzün nəticələrinin legitimliyini heç vaxt tanımayacaq.

AZƏRTAC xəbər verir ki, bu fikri ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təntənəli qəbulda söyləyib.

O bildirib ki, sırf milli maraqlara əsaslanan ölçülüb-biçilmiş çoxvektorlu xarici siyasət sayəsində Azərbaycan Ermənistan istisna olmaqla, dünya birliyinin bütün dövlətləri ilə qarşılıqlı faydalı dostluq münasibətləri saxlayır. 30 ildən çox müddət ərzində Azərbaycana qarşı hərbi təcavüz siyasəti yeridən Ermənistan onun torpaqlarının 20 faizini işğal altında saxlamağa davam edir. Səfir deyib: “BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların çoxsaylı qərarlarına və qətnamələrinə, Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin bəyanatlarına baxmayaraq, Ermənistan işğal edilmiş ərazilərdə status-kvonun qorunub saxlanılması üçün tədbirlər görməkdədir. Ermənistan dərk etməlidir ki, dünya birliyi hərbi təcavüzün nəticələrinin legitimliyini heç vaxt tanılmayacaq. Müasir beynəlxalq münasibətlər sisteminin qlobal kataklizmlərə məruz qaldığı və İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hüquq arxitekturasını sarsıtdığı hazırki narahat dünyamızda ekstremizm və təcavüzkar separatizm hər hansı hüquqi dövlət üçün təhlükədir. Silahlı münaqişələrin dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunması ümumi etimad mühitinin yaradılması, sosial tərəqqinin və hərtərəfli qarşılıqlı faydalı əməkdaşlığın təmin edilməsi üçün əsas şərtdir. Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, biz proses naminə danışıqların imitasiyasına deyil, bu məsələni “ölü nöqtə”dən tərpədə biləcək real danışıqların aparılmasına hazırıq”.

Diplomat bildirib ki, bu məsələdə Rusiyanın çox mühüm rolunu vurğulamaq lazımdır. O, bu rolu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq–hüquqi həllinin tapılmasında ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə oynaya bilər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR