Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Tbİlİsİdə keçİrİləcək beynəlxalq forumda Dağlıq Qarabağ münaqİşəsİ müzakİrə olunacaq

Tbilisi, 12 may, AZƏRTAC

Mayın 13-də Tbilisidə VI Cənubi Qafqaz Təhlükəsizlik Forumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, forumda Qara dəniz və Cənubi Qafqaz bölgələrində həll olunmamış münaqişələr, təhlükəsizliyə təhdidlər, regionda və dünyada baş verən proseslər, “Şərq tərəfdaşlığı” proqramının genişləndirilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

Tədbirdə Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, ABŞ və Avropa ölkələrindən dövlət və hökumət rəsmiləri, ekspertlər, diplomatlar iştirak edəcəklər.

İki gün davam edəcək tədbir çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ayrıca sessiyanın təşkili də nəzərdə tutulub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR