Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

ABŞ səfİrİ Azərbaycan və Ermənİstan XİN rəhbərlərİnİn növbətİ mümkün görüşünü alqışlayır

Bakı. Ləman Zeynalova - Trend:

Mən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti mümkün görüşünü səbrsizliklə gözləyirəm.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Bakıda "Alumni Fair" təhsil sərgisi zamanı deyib.

Səfir qeyd edib ki, ABŞ ATƏT-in Minsk qrupunun üç həmsədrindən biridir və qrupun məqsədi tərəfləri münaqişənin sülh yolu ilə həllinə doğru gətirməkdir:

“Biz XİN rəhbərlərinin Moskvada keçirilmiş görüşünü, eləcə də görüşdən sonrakı bəyanatı alqışlayırıq. Hamımız tərəflərin dialoqunun davam etdirilməsini səbrsizliklə gözləyirik. Biz şadıq ki, XİN rəhbərləri növbəti görüşünü keçirəcək”.

Qeyd edək ki, ABŞ Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliyi (XİN) rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşünü Vaşinqtonda keçirməyi təklif edib.

Görüş təklifi barədə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov bildirib:

"Dünən ABŞ tərəfindən Vaşinqtona səfər etmək təklifi aldıq, burada da Dövlət katibi bu münaqişənin nizamlanmasına nail olmaq yolunda öz təkliflərini səsləndirəcək".

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR