Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

XİN: Nİkol Paşİnyanın tez-tez bəyan etdİyİ “sülh mühİtİnİn yaradılması” azərbaycanlı məcburİ köçkünlər gerİ qayıtmadan mümkün deyİl

Bakı, 12 aprel, AZƏRTAC

Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişənin həlli kontekstində tez-tez bəyan etdiyi "sülh mühitinin yaradılması" Ermənistan işğalçı qüvvələri Azərbaycan ərazilərindən geri çəkilmədən və oradan zorla qovulmuş azərbaycanlı məcburi köçkünlər geri qayıtmadan mümkün deyil.

AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında yer alıb.

Açıqlamada deyilir: “Ermənistan rəhbərliyi bunu aydın şəkildə başa düşməlidir. Əgər "A" deyilirsə, “B” də deyilməlidir. Bunlar ayrılmaz səbəb-nəticə əlaqəsində olan məqamlardır. Bütün bəlaların kökündə duran səbəb məhz Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçı siyasətidir, nəticələr isə, sülh və qarşılıqlı etimad mühitinin yaradılması da daxil olmaqla yerdə qalan digər məsələlərdir. Bu, bir aksiomdur”.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR