Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Zakİr İbrahİmov: Ermənİstanın İşğal etdİyİ ərazİlərİmİzdən qeyrİ-qanunİ İstİfadəsİ faktlarını dünyaya çatdırırıq

Paris, 10 aprel, AZƏRTAC

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı bu ərazilərdə dinc əhaliyə qarşı zorakılığın törədilməsi, insan hüquqlarının kobud şəkildə pozulması ilə yanaşı, həmin torpaqların təbii sərvətlərinin erməni iş adamları tərəfindən talanması və erməni şirkətlərinin qanunsuz fəaliyyəti ilə də müşayiət olunur. Xüsusilə də işğal altında olan torpaqlarımızda əlvan metal yataqları qeyri-qanuni istismar edilir. Bunlara son qoyulmalıdır.

Bu fikirləri Strasburqda “Azərbaycanın işğal olunmuş ərazilərində və onlara münasibətdə qanunsuz fəaliyyətlər: Avropa Şurası qarşısında götürülmüş öhdəliklər baxımından nəticələr” panel iclasında çıxış etmiş “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov AZƏRTAC-a müsahibəsində söyləyib. O bildirib ki, işğal altında olan torpaqlarımızdan qeyri-qanuni istifadə edilməsinə dair faktların beynəlxalq ictimaiyyətə çatdırılması üçün silsilə tədbirlər həyata keçirilir. Bu gün ASPA-da bu qurumdakı nümayəndə heyətimiz tərəfindən təşkil olunan panel iclasda ölkəmizin işğal altında olan ərazilərindəki əlvan metalların talan edilməsi ilə bağlı faktları diqqətə çatdırdıq. Belə qeyri-qanuni fəaliyyətlərlə bağlı presedent hüququn tətbiqindən danışaraq onun işğal altındakı Azərbaycan torpaqlarına da tətbiq edilməsinin vacibliyini bildirdik.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR