Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Aprel döyüşlərİndə yaralanmış zabİt: Ayağımızı, gözümüzü İtİrsək də qürur və əzəmətlə dayanırıq, çünkİ gücümüzü torpaqdan alırıq

Bakı. Trend:

Bu gün biz ayağımızı, gözümüzü itirsək də qürur və əzəmətlə dayanırıq. Çünki biz gücümüzü torpaqdan alırıq.

Trend-in məlumatına görə, bunu Baş leytenant Namiq Əliyev Birinci vitse-prezident Mehriban Əliyevanın Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşündə deyib.

Baş leytenant Namiq Əliyev qeyd edib ki, aprel döyüşlərində yaralanmış əsgər və zabitlər Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə ən müasir, hər cür hərəkət qabiliyyətinə malik protezlərlə təmin edilib. “Bütün bunlar bizlərə verilən dəyər və qiymətdir. Bu gün biz ayağımızı, gözümüzü itirsək də qürur və əzəmətlə dayanırıq. Çünki biz gücümüzü torpaqdan alırıq”, - deyə Namiq Əliyev bildirib.

 

Xidməti vəzifələrini yerinə yetirərkən sağlamlıqlarını itirən zabitlərin, əsgərlərin özlərini cəmiyyətdən kənar hiss etmədiklərini söyləyən kapitan Amil Dadaşov bununla qürur duyduqlarını qeyd edib.

O bilidirib: “Aprel döyüşlərində yaralanan hərbçi yoldaşlarım artıq üç il ərzində dinamik həyat fəaliyyəti ilə məşğul olurlar, insanların arasındadırlar”.

Amil Dadaşov onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR