Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Professor Aygün Əttar: Ermənİstan müdafİə nazİrİnİn fİkİrlərİ beynəlxalq hüquqa həqarətdİr

Ankara, 1 aprel, AZƏRTAC

Ermənistanın müdafiə naziri D.Tonoyanın Nyu-Yorkda erməni icması ilə görüş zamanı “sülh naminə ərazi” formulasının əvəzinə “yeni ərazilər üçün yeni müharibə” fikrini səsləndirməsi beynəlxalq hüquqa qarşı həqarətdir. Bu çıxış təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin və bəd niyyətinin nümayişidir. Sülhsevər dünya ictimaiyyəti bundan artıq daha hansı hədəni eşitməlidir ki, nəhayət hərəkətə gəlsin?

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı professor Aygün Əttar deyib. O bildirib ki, Ermənistanın baş nazirinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda iştirak etdiyi bir vaxtda ölkənin müdafiə nazirinin belə ifadələr səsləndirməsi regionda baş verə biləcək xoşagəlməz hadisələrə görə məsuliyyəti bu dövlətin üzərinə qoyur. Dövlətlər arasında qarşılıqlı münasibətlərin əsasını beynəlxalq hüquq, humanizm prinsipləri və sağlam niyyətlər təşkil etməlidir. Bu amillər səmərəli nəticəyə gətirib çıxarır. Dünya ictimaiyyəti bilməlidir ki, Ermənistandakı sosial problemlərin səbəbkarları D.Tonoyan və zaman-zaman onun kimi sərsəm, məsuliyyətsiz, dövlət və hökumət adamına yaraşmayan fikirlər söyləyən şəxslərdir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR