Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Bosnİyanın FENA xəbər agentlİyİnİn saytında AZƏRTAC-ın xüsusİ müxbİrİnİn azərbaycanlıların soyqırımı haqqında məqaləsİ dərc edİlİb

Berlin, 30 mart, AZƏRTAC

Bosniyanın FENA xəbər agentliyinin saytında AZƏRTAC-ın xüsusi müxbiri Vüqar Seyidovun hər il mart ayının son günüdə qeyd edilən azərbaycanlıların soyqırımı haqqında məqaləsi dərc edilib (bax: http://www.fena.ba/article/1076894/godisnjica-genocida-nad-azerbajdzancima).

AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi Bosniya vətəndaşlarını bu kədərli hadisənin tarixi barədə məlumatlandırır, bir əsr əvvəlki dövrə qiyabi səyahət təklif edir. FENA agentliyinin oxucularına Stepan Şaumyanın quldur dəstəsinin və 100 il bundan əvvəl olduğu kimi bu gün də erməni terrorizminin ideoloji ruporu olan Daşnaksütyun partiyasından olan banditlərin törətdiyi cinayətlər barədə məlumat verilir.

Müəllif erməni banditlər tərəfindən Azərbaycanın dinc əhalisinin qırılması barədə söhbət açır.

SSRİ illərində bu faciəvi keçmişin açıq müzakirə edilməsini təsəvvürə gətirmək də mümkün deyildi. 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonra bu cür müzakirələr üçün imkan yarandı. O qanlı hadisələrin 80 illiyi ərəfəsində Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 mart ölkədə Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR