Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Azərbaycanlı gənclər ermənİlərİn Avropa Parlamentİndə keçİrdİyİ tədbİrə müdaxİlə edİblər

Bakı. Trend:

Avropa Mühafizəkarları və İslahatçıları partiyasının qatı ermənipərəst üzvü Yeleni Teoxarusun ev sahibliyi və Belçikadakı erməni lobbi təşkilatlardan olan “Ədalət və Demokratiya naminə Avropa Ermənistan Federasiyası”nın (EAFJD) təşkilatçılığı ilə anti-türk və anti-Azərbaycan yönümlü “Ermənifobiya: tarixi inkişaf yolu və müasir oyanış” adlı tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirə qoşulan azərbaycanlı gənclər və Avropada təhsil alan həmyerlilərimiz çıxışlar yekunlaşan kimi söz alıb və verdikləri suallarla həm mühazirəçiləri, həm də erməni iştirakçıları çətin vəziyyətə salıblar.

Tələbələrimiz çıxışları zamanı Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, beynəxalq hüquq prinsiplərini pozması və Ermənistan cəmiyyətində milliyyətçi və şovinist əhval-ruhiyyənin bütün təbəqələrdə sürətlə inkişaf etməsini faktlarla izah ediblər.

Zaldakı azərbaycanlılar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində həm Azərbaycanın, həm də beynəlxalq ictimaiyyətin ortaq məxrəclər axtardığı bir dönəmdə, Ermənistan hakimiyyətinin və onların havadarlarının sifarişi ilə belə bir tədbirin keçirilməsinin bütün səyləri sarsıtdığını qeyd ediblər. Onlar bildiriblər ki, Azərbaycan cəmiyyətini ermənifob kimi qələmə vermək yanlışdır. Əlbəttə, ölkənin işğala məruz qalması, yüz minlərlə insanın öz doğma yurd-yuvalarından didərgin salınması haqlı olaraq Azərbaycanlılarda qəzəb hissi oyadıb. Lakin bu qəzəb bütün ermənilərə qarşı yox, Dağlıq Qarabağdakı həmvətənlərimizə qarşı acımasız cinayət törədən, 25 ildən çox bir müddətdə bir milyona yaxın qaçqın və məcburi köçkünlərimizi yaşayış, mülkiyyət və s. hüquqlarından istifadə etməkdən məhrum edən işğalçı və cinayətkarlara qarşıdır. Azərbaycanlı tələbələr çıxış edən şəxslərdən Ermənistanın iddia etdiyi ermənifobiya təhlükəsinin və Azərbaycanın qəzəbini azaltmağa qarşı nə kimi addımlar atdığını, qondarma qurumun “insan hüquqları müdafiəçisinə” sual ünvanlayaraq, Dağlıq Qarabağ və ətraf rayonlardan didərgin salınmış Azərbaycanlıların fundamental hüquqlarının qorunması istiqamətində nə işlər görüldüyünü sorğulayıblar.

 

Daha sonra, Bakının mərkəzində dövlət tərəfindən himayə olunan erməni kilsənin mövcudluğundan bəhs edən tələbələrimiz, Azərbaycanda bugün də 30 mindən çox etnik erməninin dinc yaşadığını vurğulayıblar. Qeyd olunub ki, monoetnik dəyərlər üzərində qurulan Ermənistan cəmiyyəti həm Ermənistan, həm də işğal olunmuş Azərbaycan ərazilərindəki dini abidələri və məscidlərin fars mənşəli olmaları ilə bağlı təhrif olunmuş məlumatlar yayır və bu da öz növbəsində ermənifobiyaya gətirib çıxarır. Eyni zamanda, tələbələr ermənifobiyanın digər səbəbinin Ermənistanda bir neçə əsrdir davam edən türk və islamofobiya nəticəsində yarandığını tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Azərbaycanlı gənclər Ermənistanı nə üçün dünya ictimaiyyətini bir tərəfdən 100 il öncə baş vermiş və həqiqiliyi tam olaraq sübut olunmamış hadisələrə inandırmağa, digər tərəfdən isə yaxın keçmişdə Xocalıda törətdiyi qətliamı unutdurmağa yönəlik siyasət apardığını sorğu ediblər. Tələbələr həmçinin, nasist ideologiyasının daşıyıcılarına İrəvanda abidə ucaldılmasının Ermənistanın əsl kimliyini və nəinki Azərbaycanlı və türklərə, həmçinin digər etnik mənsubiyyətə malik insanlara da nifrətlə yanaşdığını nümayiş etdirdiyini bildiriblər.

Beləliklə, Azərbaycan gəncləri bir daha sayıqlıq göstərərək, erməni diasporunun Avropa Parlamentinin binasında təşkil etdikləri tədbirdə aparılan təbliğat fəaliyyətinə zərbə vurublar.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR