Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Azərbaycan və ATƏT Dağlıq Qarabağ münaqİşəsİnİ müzakİrə edİb

Bakı. Sara İsrafilbəyova - Trend:

Azərbaycan və ATƏT müxtəlif məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ATƏT-in hazırkı sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakla görüşü ilə bağlı mətbuat konfransında deyib.

Nazir bildirib ki, hər kəs Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyir:

 

“Biz daim münaqişənin həll yollarının tapılması üçün müzakirələr aparırıq”.

E.Məmmədyarov xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə dəfə Ermənistanın baş naziri ilə görüşü olub. Nazirlər səviyyəsində də dörd görüş baş tutub.

Nazir vurğulayıb ki, ATƏT Minsk qrupunun həmsədrləri münaqişə ilə bağlı status-kvonun qorunub saxlanmasını qəbuledilməz hesab edir.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR