Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Xorvatİya mətbuatı Xocalı soyqırımı barədə yazır

Zaqreb, 4 mart, AZƏRTAC

Xorvatiyada böyük oxucu kütləsinə malik “7dnevno” internet portalında və qəzetində, eyni zamanda, “geopolitika.news” saytında müəllif Zoran Meterin “Şüur itəndə və nifrət hakim olanda: Xocalı faciəsi - Ermənistan-Azərbaycan müharibəsinin kədərli nəticələri” sərlövhəli geniş məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalənin əvvəlində müəllif belə faciələrin təkrarlanmaması üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qanlı hadisəsi olan Xocalı soyqırımı haqqında həqiqətlərin geniş yayılmasına çağırır. O, ermənilərin böyük cinayət törətdiklərini təsdiqləyir və günahkarların cəzalanması üçün Azərbaycan dövləti tərəfindən aparılan fəaliyyəti təqdirəlayiq hesab edir. Eyni zamanda, Z.Meter Xorvatiyanın yaxın keçmişində Yuqoslaviya ərazisində gedən müharibədə oxşar faciə yaşadığını, lakin cinayətkarların hələ də azadlıqda olduqlarını bildirir.

Müəllif Azərbaycan Respublikası ombudsmanının Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanatını şərh edir, Xocalı soyqırımında ölənlər, yaralananlar və əsir götürülənlər haqqında rəqəmləri, faciənin təfərrüatlarını diqqətə çatdırır, erməni silahlı qüvvələrinin dinc əhaliyə qəddar hücumunu qınayır. Məqalədə məlumat verilir ki, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmiş “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası Heydər Əliyev Fondu tərəfindən aparılır. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Qeyd olunur ki, 10-dan çox ölkənin milli qanunvericilik orqanları, həmçinin İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Xocalıda dinc əhalinin qırğınının ən kəskin şəkildə pislənilməsi və Xocalı faciəsinin soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair çoxsaylı qətnamə və qərarlar qəbul edilib.

Məqalənin sonunda müəllif Xorvatiya ictimaiyyətini insanlıq əleyhinə törədilmiş cinayətlərin qınanması istiqamətində fəaliyyətdə daha aktiv olmağa çağırır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR