Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Azərbaycan XİN Ermənİstan Mİllİ Təhlükəsİzlİk Xİdmətİnİn dİrektorunun səsləndİrdİyİ fİkİrlərə münasİbət bİldİrİb

Bakı, 1 mart, AZƏRTAC

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyanın səsləndirdiyi fikirlərlə bağlı açıqlama yayıb.

AZƏRTAC xəbər verir ki, açıqlamada deyilir: “Ermənistanın yüksək səviyyəli məmurunun bu kimi fikir söyləməsi ATƏT-in Minsk qrupunun həmsədrlərinin rəhbərliyi altında aparılan danışıqların mahiyyəti və məntiqi, xüsusilə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə keçirilmiş sonuncu görüşünün nəticələri ilə ziddiyyət təşkil edərək, uzun illərdir ki, aparılan danışıqlar prosesinə qarşı açıq hücum xarakteri daşıyır. Mahiyyət etibarilə bu, danışıqlar prosesini məhv etmək və həmsədrlərin fəaliyyətini heçə endirmək cəhdi deməkdir. Digər tərəfdən, bu bəyanat Ermənistanın Azərbaycanın torpaqlarının işğalında birbaşa iştirak etdiyinin növbəti aşkar göstəricisidir və Ermənistanın 1949-cu il Cenevrə konvensiyaları və əlavə protokollarına zidd olaraq həyata keçirdiyi qeyri-qanuni köçürmələr siyasəti də daxil olmaqla bu ərazilərin ilhaqı planlarına bəraət qazandırmaq cəhdidir.

Bununla əlaqədar olaraq işğalçı ölkəyə xatırlatmaq istərdik ki, bu kimi təxribat xarakterli çıxışların bütün mümkün mənfi nəticələrinə görə məsuliyyəti məhz Ermənistan respublikası daşıyır.

Azərbaycan, öz tərəfindən, bu məsələni BMT, ATƏT və digər aparıcı beynəlxalq təşkilatlar çərçivəsində qaldıracaq. Eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrlərini Ermənistanın yüksək siyasi rəhbərliyinin nümayəndələrinin bu kimi addımlarını qəti şəkildə pisləyən bəyanatla çıxış etməyə çağırırıq”.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR