Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Mİsİrİn mətbuatı Xocalı qurbanlarının xatİrəsİnə həsr olunmuş ümumxalq yürüşündən yazıb

Qahirə,28 fevral, AZƏRTAC

Misirin iki nüfuzlu mətbuat orqanında – “Əl-Məsriyə” qəzetində və “Asiyə əl-Youm” informasiya agentliyində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakı şəhərində keçirilən ümumxalq yürüşü ilə bağlı məqalələr yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Prezidentinin rəhbərliyi ilə Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə yürüş” sərlövhəli məqalədə qeyd olunur ki, Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakının Xətai rayonunda ümumxalq yürüşü keçirilib.

Məqalədə bildirilir ki, əlli beş mindən çox insanın iştirak etdiyi, ön sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın olduqları yürüş zamanı “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!” və digər şüarlar nümayiş etdirilib.

Misir nəşri yazır ki, ümumxalq yürüşü Azərbaycan xalqı və ölkə rəhbərliyi arasında birliyin daha bir nümunəsi, insanların öz rəhbərinə dəstəyinin təcəssümü oldu. Yürüşdə iştirak edən insan kütləsi Xocalı soyqırımının heç bir vaxt unudulmayacağına, Azərbaycan Prezidentinin apardığı siyasətin və həyata keçirdiyi tədbirlərin nəticəsində bu qanlı cinayəti törədənlərin cəzasız qalmayacaqlarına inamını ifadə edib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR