Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Avstralİya hökumətİ Azərbaycanın ərazİ bütövlüyünə hörmətlə yanaşır və Dağlıq Qarabağı müstəqİl qurum kİmİ tanımır

Kanberra, 25 fevral, AZƏRTAC 

Avstraliya Xarici İşlər Nazirliyi Avstraliya Azərbaycan Assosiasiyasının Xocalı soyqırımı ilə bağlı müraciətinə rəsmi cavab verib.

AZƏRTAC xəbər verir ki, bu barədə assosiasiyanın sədri Mikayıl Oyta agentliyin Avstraliya bürosuna məlumat verib. Bildirib ki, məsələ ilə bağlı hələ ötən ilin fevralında Avstraliyanın Baş nazirinə məktub ünvanlanıb. Lakin ölkədə baş verən hakimiyyət dəyişikliyi səbəbindən cavab gecikib. Buna görə də xarici işlər naziri Maris Peynin adından göndərilən cavab məktubunda assosiasiyanın sədri Mikayil Oytadan gec cavab verildiyi üçün üzr istənilir.

Avstraliya hökumətinin 1988-1994-cü illər ərzində Dağlıq Qarabağ regionunda baş verən münaqişə nəticəsində yaranan vəziyyət haqqında məlumatlı olduğu, 1992-ci il fevralın 26-da Xocalıda törədilən dəhşətli hadisələrin unudulmadığı qeyd edilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin zəruriliyinin vurğulandığı məktubda hər iki tərəf buna dəstək verməyə çağırılır. Avstraliya hökumətinin ATƏT-in Minsk qrupunun davam edən vasitəçilik missiyasını dəstəklədiyi bildirilir.

Məktubda beynəlxalq ictimaiyyətin mövqeyinə uyğun olaraq, Avstraliya hökumətinin münaqişə ilə bağlı uzunmüddətli mövqeyə malik olduğu, xüsusilə Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyi və dəstəyinin birmənalı olduğu, Dağlıq Qarabağı müstəqil qurum kimi tanımadığı vurğulanır.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kanberra

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR