Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Brüsseldə ümumavropa Qarabağ mİtİnqİ keçİrİləcək

Bakı, 20 fevral, AZƏRTAC

Dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə fevralın 23-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində “Lüksemburq Palas”ın qarşısında ümumavropa Qarabağ mitinqi keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, aksiyaya Almaniya, Fransa, İtaliya, Polşa və digər Avropa ölkələrində yaşayan soydaşlarımızın, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvlərinin qatılacağı gözlənilir.

Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində keçirilməsi nəzərdə tutulan mitinqdə iştirakçılar “Qarabağa qayıtmaq istəyirik!”, “Xocalıya ədalət!”, “Azərbaycan sülh istəyir!”, “Günahsız körpələri öldürməyin!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandır!” və s. şüarlarla Avropa Parlamentinə və digər beynəlxalq təşkilatlara çağırış edəcəklər.

Onlar 27 il əvvəl Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, öz yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa edilməsini, münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərin qərarlarına Ermənistan tərəfinin riayət etməsini tələb edəcəklər. Aksiyanın sonunda qəbul olunacaq qətnamə Avropa Parlamentinin məsul şəxslərinə təqdim olunacaq.

Mitinq ərzində yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanılacaq. Aksiya yerli vaxtla saat 14.00-da başlayacaq.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR