Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Beynəlxalq Multİkulturalİzm Qış Məktəbİnİn İştİrakçıları Ermənİstanın təcavüzkar sİyasətİ barədə məlumatlandırılıb

Bakı, 20 fevral, AZƏRTAC

Fevralın 20-də VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçılarının Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin ağır nəticələrindən danışıb. İcma rəhbəri qeyd edib ki, Azərbaycan torpaqlarının davam edən işğalı siyasəti Ermənistanı regionda həyata keçirilən layihələrdən kənarlaşdırıb və ilk növbədə, Dağlıq Qarabağdakı aqressiv separatçıların Ermənistanı və erməni əhalisini girov saxlaması üçün şərait yaradıb. Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan çox qaçqın və məcburi köçkün, o cümlədən 80 mindən artıq Dağlıq Qarabağ azərbaycanlısı öz doğma yurdlarından didərgin düşüb. BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 4 qətnaməsi Azərbaycan ərazilərindən işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz çıxarılmasını və bu torpaqlardan zorla qovulmuş insanların öz evlərinə geri qayıtmasını tələb edir. Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində tarixi, mədəni və dini abidələri dağıdıblar.

İcma sədri qeyd edib ki, Azərbaycan müxtəlif mədəniyyətlərin qovuşuğunda yerləşən bir ölkə kimi istənilən dinə və dilə malik olan xalqların azad şəkildə fəaliyyətinə imkan yaradır. Azərbaycan dövləti əvvəllər olduğu kimi indi də Dağlıq Qarabağda multikultural mühitin bərpasına tərəfdardır. Biz, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması erməni icması ilə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində sülh şəraitində konstruktiv dialoqun aparılmasına və təmasların bərpa edilməsinə hazırıq. Lakin bədnam qonşularımız Azərbaycan dövlətinin dözümlülük siyasətini düzgün dəyərləndirə bilmir.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR