Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Türkİyə İnsan Haqları Fondu: Ermənİlərİn tarİxİ Anadolu və Azərbaycanda günahsız İnsanların qanı İlə ləkələnİb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Ermənilərin tarixi Anadoluda və Azərbaycanda günahsız, qətlə yetirilmiş insanların qanı ilə ləkələnib.

Trend-in məlumatına görə, bunu Türkiyənin İnsan Haqları Fondunun Etika komitəsinin üzvü Aşkın Yıldırım Fransa Prezidenti Emmanuel Makronun 1915-ci il hadisələri ilə bağlı sözlərini şərh edərkən deyib.

A.Yıldırım bildirib ki, ermənilərin 1915-ci ildə qondarma "soyqırımı" iddialarının heç bir əsası yoxdur.

 

O vurğulayıb ki, tarixdə heç vaxt "erməni soyqırımı" olmayıb, yalnız böyük erməni yalanı var: "Erməni quldurlarının 1915-1918-ci illərdə Anadoluda dinc sakinlərə qarşı vəhşiliyi isə faktlarla sübut olunub".

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Fransada 24 aprel tarixini qondarma "erməni soyqırımı" ilə bağlı anım günü elan etmək niyyətindədir. Fransa Erməni Təşkilatları Əlaqələndirmə Komitəsinin illik ziyafətinə qatılan E.Makron seçkiqabağı təşviqat kampaniyasında vəd etdiyi kimi, Fransa təqviminə qondarma "erməni soyqırımı" ilə bağlı anım gününün əlavə ediləcəyini açıqlayıb.

Fransa 1915-ci il hadisələrini qondarma "soyqırım" kimi tanıyan ilk dövlətlərdən biridir.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR