Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

“Wİkİpedİa”da özbək dİlİndə Azərbaycanın Xankəndİ şəhərİ haqqında məlumat yerləşdİrİlİb

Daşkənd, 29 yanvar, АZƏRTAC

Azərbaycanın təbliği və dünya ictimaiyyətinin ölkəmiz haqqında obyektiv və operativ informasiya təminatını həyata keçirmək məqsədilə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Wikipedia” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində Azərbaycanın Qarabağ bölgəsinin Xankəndi şəhəri haqqında məlumat yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, bölməyə hazırda Ermənistanın işğalı altında olan şəhərin tarixi, coğrafi mövqeyi, iqlimi, flora və faunası, mədəniyyəti, tanınmış şəxsiyyətləri və s. haqqında geniş məlumatlar daxil edilib. Bildirilir ki, bu şəhərdə Azərbaycanın Qarabağ xanının ailəsi və onun yaxınları yaşayıb və zaman keçdikcə bu məkan el arasında “Xanın kəndi” kimi tanınıb. Sonralar bu yaşayış məskəni Xankəndi adını alıb.

Məlumatda qeyd edilir ki, 1805-ci il mayın 14-də Qarabağ xanlığı çar Rusiyasına birləşdirildikdə Xankəndi Qarabağ xanı Mehdiqulu xanın həyat yoldaşı Pəricahan bəyimə hədiyyə olunub.

Həmçinin Azərbaycanın xəritəsi, habelə 1901-ci il Tbilisi şəhərində hazırlanan və 1801-1813-cü illərə aid Qafqaz hərbi dairəsi üzrə vilayətin xəritəsi, habelə 1903-cü ilə aid Yelizavetpol quberniyasının xəritəsi də yerləşdirilib.

Bölmədə tarixən ermənilərin Azərbaycan torpaqlarına mərhələli və məqsədli şəkildə köçürülməsi, şəhərin etnik tərkibinin zaman-zaman dəyişdirilməsi, 1988-ci ildən başlanan münaqişə, Ermənistanın Azərbaycana təcavüzü, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlanması, Azərbaycan torpaqlarının, həmçinin Xankəndinin işğalı, yerli azərbaycanlıların Ermənistan silahlı qüvvələri tərəfindən etnik təmizləməyə məruz qalması öz əksini tapır.

Bildirilir ki, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılması haqqında dekret verib və həmin sənədlə Xankəndi vilayətin mərkəzi təsdiq edilib. 1923-cü ilin sentyabrında isə ermənilər şəhərin adını dəyişdirərək Stepanakert adlandırıblar. Qeyd olunur ki, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında”1991-ci il noyabrın 26-da Azərbaycan Ali Sovetinin qərarı ilə Stepanakert, Mardakert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq Stepanakert Xankəndi şəhəri, Mardakert Ağdərə şəhəri, Mardakert rayonu Ağdərə rayonu adlanıb.

“Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində yaradılan “Xonkandi” adlı bölmə ilə https://uz.wikipedia.org/wiki/Xonkandi linkindən tanış olmaq mümkündür.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR