Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Quram Marxulİya: Qarabağ müharİbəsİndə İştİrak etmİş ermənİ terrorçuya Gürcüstanda büst qoyulması xalqlarımıza qarşı təxrİbatdır

Tbilisi, 25 yanvar, AZƏRTAC

“Gürcüstan vətəndaşlarının digər ölkələrin işğal olunmuş ərazilərində döyüş əməliyyatlarında iştirakı yolverilməzdir. Eləcə də həmin insanların adlarının əbədiləşdirilməsi və onlara büst qoyulması həm yerli qanunlara, həm də beynəlxalq hüquqa ziddir”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq, tarixçi alim Quram Marxuliya söyləyib.

Politoloq deyib: “Axalkaliki rayonunun Buğaşen kəndində anadan olmuş, bir müddət Abxaziyada yaşamış Gürcüstan vətəndaşı Mixael Avakyanın sonradan hansı yolla və hansı məqsədlə Ermənistana keçdiyi mənə məlum deyil. Amma Ermənistanın Abxaziya məsələsində gürcülərə, eləcə də, Dağlıq Qarabağda azərbaycanlılara qarşı hansı cinayətlər törətdiyi hamıya yaxşı məlumdur. Bu baxımdan da Mixael Avakyanın Dağlıq Qarabağda törətdiyi cinayətlər sirr deyil. Hesab edirəm ki, belə bir adama abidə qoymaq bizim xalqlarımıza qarşı təxribatdan başqa bir şey deyil”.

Alimin sözlərinə görə, Gürcüstan hökuməti bu məsələyə ciddi yanaşmalıdır. Azərbaycan ilə Gürcüstan arasındakı dostluğa, qardaşlığa, strateji tərəfdaşlığa zərbə vuracaq heç bir addıma yol vermək olmaz. Nəzərə alınmalıdır ki, ermənilər bundan əvvəl də Cavaxetiyada kiməsə abidə ucaldıblar. Bunların heç birinin gürcü xalqı və Gürcüstan hökuməti qarşısında hər hansı xidməti olmayıb. M.Avakyan hətta Gürcüstan dövlətinin milli maraqlarına zidd olaraq bizə yaxın olan bir xalqa qarşı vuruşub. Nə üçün belə bir adama Gürcüstan ərazisində abidə qoyulmalıdır? Mən bunu anlaya bilmirəm.

“Düşünürəm ki, bu cür təxribatçı addımların qarşısı alınmalıdır” – deyə, Marxuliya vurğulayıb.

Məlumat üçün qeyd edək ki, yanvarın 20-də Gürcüstanın Axalkalaki rayonunun Buğaşen kəndində erməni terrorçu, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni silahlı birləşmələrinin tərkibində döyüşmüş Mikxael Avakyana abidə qoyulub.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR