Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Dağlıq Qarabağ bölgəsİnİn Azərbaycanlı İcması: Parİs danışıqlarından daha konkret nətİcələr gözləyİrİk

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri v.i.e Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə 16 yanvar tarixində Parisdə keçirilmiş danışıqların perspektivləri ilə əlaqədar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səsləndirdiyi bəyanat ümidverici olsa da, biz danışıqlardan daha konkret nəticələr gözləyirik.

Bunu Trend-ə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış və özünü qanunsuz rejimin başçısının qondarma “mətbuat katibi” kimi təqdim edən David Babayanın son şərhinə münasibət bildirərkən deyib.

T.Gəncəliyev deyib: “David Babayanın səsləndirdiyi “yeni elementlər” və “konkret addımlar qismində tərəflərin dialoqa cəlb edilməsi” fikirlərinə gəldikdə isə, biz Dağlıq Qarabağın azərbaycanlı icması olaraq, daha öncə səsləndirdiyimiz bəyanat və şərhlərdə erməni və azərbaycanlı icmaları arasında konstruktiv dialoqun aparılması və təmasların qurulmasının tərəfdarı kimi çıxış edərək, münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlı tərəf olduğumuzu dəfələrlə bəyan etmişik və buna hazır olduğumuzu bir daha təkrar edirik. Bu baxımdan, qanunsuz rejimin başçısının qondarma “mətbuat katibi”nin səsləndirdiyi fikir bizim üçün yeni deyil.

Həmçinin, Babayana bir daha xatırlatmaq istərdim ki, münaqişənin tərəfləri kimi Ermənistan və Azərbaycan, maraqlı tərəfləri qismində isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları müəyyən edilib və bu, ATƏM-in Nazirlər Şurasının 1992-ci ildə Helsinkidə keçirilmiş görüşündə qəbul edilmiş sənədlə təsbit edilib. Ona görə də, maraqlı tərəf kimi yalnız Dağlıq Qarabağın erməni icmasından danışmaq və azərbaycanlı icmasını görməməzdikdən gəlmək Paris görüşündə səsləndirilmiş bəyanatın ruhuna ziddir və konstruktivlik mühitinin yaradılmasına kömək etmir”.

 

T.Gncəliyev vurğulayıb ki, eyni zamanda, 16 yanvar tarixində keçirilmiş Paris görüşü nəticəsində verilmiş bəyanatdan göründüyü kimi, tərəflər arasında nəticəyə yönəlik danışıqların davam etdirilməsi məsələsinə toxunulub:

“Hesab edirik ki, icmalararası dialoq və təmaslar Paris danışıqları zamanı gündəmdə olan hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarının müzakirəsi müstəvisində xüsusi əhəmiyyət kəsb edir.

Bir daha vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması tezliklə münaqişənin sülh yolu ilə tənzimlənəcəyinə və erməni icması ilə birgə yaşayışın təmin ediləcəyinə ümid edir”.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR