Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

BMT-nİn baş katİbİ Azərbaycan və Ermənİstan xarİcİ İşlər nazİrlərİnİn Parİs görüşünün nətİcələrİnİ alqışladığını bəyan edİb

Bakı, 18 yanvar, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə yanvarın 16-da Parisdə keçirilmiş görüşün nəticələrini alqışladığını bəyan edib.

AZƏRTAC xəbər verir ki, A.Quterreşin BMT-nin katibliyi tərəfindən yayılmış bəyanatında deyilir ki, baş katib tərəflərin uzun müddətdir davam edən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasına sadiq qalmasını, xüsusən nazirlərin hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə etmələrini alqışlayır.

BMT-nin baş katibi, həmçinin ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına tam dəstəyini ifadə edib.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR