Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Prezİdent İlham Əlİyev Avropa İttİfaqının xüsusİ nümayəndəsİnİn başçılıq etdİyİ nümayəndə heyətİnİ qəbul edİb

Bakı, 7 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının uğurla inkişaf etdiyi bildirildi, hazırda ölkəmizlə Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni saziş üzrə danışıqların aparıldığı vurğulandı və bu sazişin gələcək əməkdaşlığın hərtərəfli inkişafı üçün əlverişli imkan yaradacağı qeyd olundu.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətrafında, Azərbaycanla Avropa İttifaqı arasında turizm, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

New layer...

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR