Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Trofİmçuk: Ermənİstanda Rus Dram Teatrının bağlanması barədə tələblər ölkədə antİ-Rusİya tendensİyalarının gücləndİyİnİ göstərİr

Bakı. Mətanət Nəsibova - Trend:

Bir müddət əvvəl Ermənistan mətbuatında Yerevandakı Rus Dram Teatrının bağlanması barədə yayılmış absurd məlumatlar aydın şəkildə göstərir ki, ölkədə anti-Rusiya ab-havası daha da dərinləşib.

Bu məsələ barədə Trend-ə danışan rusiyalı ekspert, Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin birinci vitse-prezidenti Qriqori Trofimçuk bildirib ki, Ermənistanda anti-Rusiya tendensiyaları güclənir və bu faktı qəbul etmək lazımdır.

Ekspertin sözlərinə görə, bu cür tendensiyalar Ermənistanda cari ilin yazında baş vermiş hadisələrin birbaşa nəticəsidir:

“Artıq aprel ayında sosial şəbəkələrdə erməni fəallar Rusiya təşkilatları ilə əməkdaşlıq edən həmvətənlərinə açıq-aşkar hədə-qorxu gəlməyə başladılar. Həm də onlar bunun üçün çox sadə əsaslardan istifadə edir: Sarkisyan dövrünün məmurları, korrupsionerlər birbaşa Moskva ilə və “Rusiya yönümlü” KTMT ilə əlaqəlidir və bu qurum Ermənistanı müdafiə etmir”.

Q.Trofimçuk xatırladıb ki, bununla əlaqədar müşahidəçilər postsovet məkanındakı bütün çevrilişlərin yekunda yerli millətçiliyə və Rusiya mədəniyyəti, rus dili ilə mübarizəyə çevrildiyini qeyd edirlər:

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR