Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Elmar Məmmədyarov: Azərbaycan Dağlıq Qarabağ münaqİşəsİ İlə bağlı substantİv danışıqları davam etdİrməyə hazırdır

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mərhələli nizamlanması prosesinin başlaması məqsədilə substantiv danışıqları davam etdirməyə hazırdır.

Trend-in məlumatına görə, bunu “RİA Novosti”yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib: “Əgər son zamanlarda danışıqların gedişatına fikir versəniz, görərsiniz ki, məhz Bakı Azərbaycan ərazilərinin işğalının dayandırılması, məcburi köçkünlərin təhlükəsiz qayıdışı üşün şəraitin yaradılması, erməni və azərbaycanlı icmalarından ibarət Dağlıq Qarabağ regionunun əhalisi üçün geniş idarəetmə hüquqlarının təmin olunması kimi nəticələrə yönəlmiş məsuliyyətli dialoqun zəruriliyi barədə mövqe səsləndirir”.

 

E.Məmmədyarov əlavə edib ki, Düşənbədə MDB sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın hazırda Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında baş tutmuş söhbət Azərbaycan hərtərəfli dialoqa hazır olduğunun bariz nümunəsidir:

“Təəssüf ki, hakimiyyət dəyişikliyi və Yerevanda bugünədək müşahidə olunan siyasi boşluq prosesi müəyyən mənada yavaşladıb. Ümid edirik ki, Ermənistan rəhbərliyi yaxın zamanlarda mövcud format çərçivəsində danışıqlar prosesinin davam etdirilməsi üçün siyasi iradə nümayiş etdirə biləcək”.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR