Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Baş nazİrİn müavİnİ Dİlqəm Əsgərov və Şahbaz Qulİyevİn azad edİlməsİ üçün çağırış edİb

Azərbaycan Hökuməti ilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb

Bu gün Azərbaycan hökuməti ilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

 

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, Memorandumu baş nazirinin müavini Əli Əhmədov və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş katibi Elhadj As Sy imzalayıblar.

 

Memorandumun imzalanmasında məqsəd Azərbaycanla Federasiya arasında qarşılıqlı maraq doğuran sahələrdə əməli əməkdaşlığın genişləndirilməsi üçün münbit şəraitin yaradılmasıdır.

 

 

Ə. Əhmədov bildirib ki, Azərbaycanla Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası arasında dərin köklər mövcuddur. Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib. Ə. Əhmədov deyib ki, Ermənistanın ölkəmizə hərbi təcavüzü və torpaqlarımızın işğalı nəticəsində meydana çıxan ağır humanitar böhranın həllində və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin inkişafında Federasiyanın xidmətləri var.

 

Baş nazirin müavini iyulun 11–də məcburi köçkün soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin işğal edilmiş Kəlbəcər rayonu ərazisində öz doğmalarının məzarlarını ziyarət edərkən ermənilər tərəfindən qanunsuz olaraq həbs edilmələrindən 4 il keçdiyini nəzərə çatdırıb. Qeyd edib ki, bu məsələdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası öz imkanlarından və nüfuzundan istifadə etməlidir. O, günahsız insanların həbsdən azad edilməsi istiqamətində fəal işlər aparılmasının vacibliyini vurğulayıb.

 

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş katibi Elhadj As Sy təmsil etdiyi təşkilatla Azərbaycan Hökuməti arasında əməkdaşlığın gücləndirilməsinin yaxşı imkanlar açacağına əminlik ifadə edib. Azərbaycan dövlətinin öz yurd-yuvalarından didərgin düşən soydaşları üçün yaratdığı şəraiti yüksək dəyərləndirdiklərini vurğulayan baş katib əsas hədəflərinin təkcə Azərbaycanda deyil, bütün regionda ehtiyacı olan insanların həyat şəraitini öyrənməklə onlara yardım etmək olduğunu bildirib.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR