Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

XİN: Beynəlxalq İctİmaİyyət bİr daha Ermənİstanın İşğalçı sİyasət yürütməsİnİn şahİdİ olub

“Azərbaycan xalqı özünün qədim Novruz ənənələrinə sadiq qalaraq bayram etdiyi bir vaxtda Ermənistan silahlı bölmələri əsl simasını nümayiş etdirərək atəşkəs rejimini intensiv şəkildə pozmağa davam edir. Bu da Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçı siyasətin tərkib hissəsidir”.

 

Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

 

O qeyd edib ki, bütün beynəlxalq ictimaiyyət Novruzun fundamental dəyərlərini, xüsusilə də Novruzun sülhə, barışa, anlaşmaya çağırışını yüksək qiymətləndirdiyi bir şəraitdə Ermənistan yenə də öz ənənələrinə sadiq qalaraq aqressiv və təcavüzkar siyasətini yürütməkdə davam edir: “Nəticədə beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzkar və işğalçı siyasət yürütməsinin bir daha şahidi olur”.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR