Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Bakıda "Azərbaycan multİkulturalİzm modelİ: etnomədənİ müxtəlİflİk" mövzusunda beynəlxalq konfrans keçİrİlİb

Bakıda "Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik" mövzusunda beynəlxalq konfrans keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut bildirib ki, Azərbaycan müxtəlif millətlərin sülh şəraitində yaşadığı nadir dövlətlərdən biridir.

 

O qeyd edib ki, Azərbaycanın multikultural ənənələri dünya dövlətləri üçün nümunə ola bilər.

 

A. Qutun sözlərinə görə, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsinə, ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkünün yaşamasına baxmayaraq, Azərbaycanda heç vaxt antisemitizm müşahidə olmayıb və bu, qürurverici faktdır.

 

Daha sonra çıxış edən “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın İdarə Heyətinin üzvü, tarixçi alim Artur Ağacanov bildirib ki, birgə yaşamanın formulunun axtarışında olan qərb ölkələrindən fərqli olaraq multikulturalizm Azərbaycanda həyat tərzidir. Onun sözlərinə görə, Qarabağ ermənisi kimi azərbaycanlılarla bağlı xoş xatirəyə malikdir və Azərbaycan xalqı hər zaman özünün tolerantlığı, bütün xalqlara hörmətlə yanaşmasına görə tanınıb.

 

“Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın İdarə Heyətinin digər üzvü, ictimai fəal Rima Sarkisova bildirib ki, mədəniyyətlərarası və millətlərarası münasibətlər məsələsi münaqişə ilə üzləşən xalqlar üçün xüsusilə ağrılı məsələdir. O bildirib ki, Dağlıq Qarabağ ətrafında baş verən münaqişə səbəbi ilə vətəni Azərbaycanı tərk etməyə məcbur qalsa da, bu illər ərzində Bakıda yaşamış qohumları və dostları ilə daim əlaqə saxlayıb. O, Azərbaycanda etnik və dini tolerantlığa heyran olduğunu əlavə edib.

 

Tədbirdə çıxış edən Əsir və itkin düşmüş və girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov da Azərbaycanda qədim dövrdən bu günə kimi tolerantlıq mühitin mövcud olduğunu bildirib. Onun sözlərinə görə, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın bu sahədə apardığı işlər təqdirəlayiqdir: “Multikultural dəyərlərin əksi terrordur. Azərbaycan ərazilərinin 20 faizi işğal olunub, lakin ölkəmiz multikultural dəyərləri qoruyur. Ermənistanda isə ksenofobiya, ayrı-seçkilik kimi xüsusiyyətlər mövcuddur. Bu da həm bölgə, həm də bütün bəşəriyyətə təhlükədir”.

 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR