Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Dağlıq Qarabağ separatçıları Tbİlİsİdə Azərbaycana qarşı təxrİbat xarakterlİ tədbİr təşkİl edİb

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycana qarşı təxribat xarakterli tədbir təşkil edilib.

 

APA-nın yerli bürosunun məlumatına görə, Gürcüstandakı erməni apostol kilsəsinin Tbilisidəki “Ayartun” mərkəzində qondarma “Dağlıq Qarabağ Respublikası”ndan olan 7 gənc rəssamın əsərlərindən ibarət “Dirçəliş” adlı sərgi açılıb.

 

Dekabrın 20-nə qədər davam edəcək sərgi Ermənistanın Diaspor Nazirliyi, “Tekeyan Mərkəzi” Fondu və “Şuşa şəhərinin muzeyləri” təşkilatının dəstəyi ilə keçirilir.

 

Sərginin rəsmi açılış mərasimində Tbilisidəki erməni kilsəsinin keşişi Virab Kazaryan, Ermənistanın Gürcüstandakı səfirliyinin əməkdaşı və erməni icmasının nümayəndələri iştirak ediblər. Mərasimə sərgidə əsərləri sərgilənən rəssamlardan biri - Samvel Davadyan da qatılıb.

 

Azərbaycanın Gürcüstandakı səfirliyi məsələ ilə bağlı narahatlığını Gürcüstanın müvafiq dövlət qurumlarına çatdırıb.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR