Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Ərdoğan: "Dağlıq Qarabağ münaqİşəsİnİ həll edəcək əsas güc Rusİyadır, Putİndİr"

"Bu gün Soçidə keçiriləcək Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündə fürsət düşən kimiDağlıq Qarabağ münaqişəsini gündəmə gətirəcəyəm”.

 

 

APA-nın “Haber7”-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

 

Ərdoğan Rusiyaya bundan əvvəlki səfərində prezident Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiklərini xatırladıb.

 

“Putin məsələnin həlli ilə bağlı əlindən gələni etməyə çalışdığını demişdi. Mən 5 rayon məsələsində daha həssas olmalarını diqqətə çatdırdım. Çünki münaqişə hardasa 30 ildir, davam edir. Bu işi bu bölgədə həll edəcək güc Rusiyadır, Putindir. Bu gün imkan olsa, yenə də məsələni gündəmə gətirəcəyəm. Çünki Dağlıq Qarabağ məsələsi bizim də xüsusi məsələmizdir”.

 

Qeyd edək ki, bu gün Soçidə üç ölkənin prezidentlərinin iştirakı ilə “Suriya sammiti” keçiriləcək.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR