Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Moldova mətbuatında Dağlıq Qarabağ münaqİşəsİnə daİr məqalə dərc edİlİb

Moldovanın aparıcı xəbər portalı və böyük oxucu auditoriyasına malik olan Tribuna.md saytında "Separatizmin dövlətçiliyin və ölkələrin sabitliyinə təhlükəsi" adlı analitik məqalə dərc olunub.

 

APA-nın xəbərinə görə, məqalədə Moldovanın Effektiv Siyasət institutunun direktor müavini, tarix elmləri doktoru Ruslan Şevçenkonun  Dağlıq Qarabağ ilə Dnestryanı münaqişələrinin oxşarlığı və müqayisəli analizi edilir.

 

950-dən çox məqalə və monoqrafiyaların müəllifi olan R.Şevçenko Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və siyasi səbəblərinə toxunub. O, həm Dağlıq Qarabağda, həm Dnestryanı vilayətdə XIX-XX əsrin əvvəllərində milli azlıqların nümayəndələrinin bu ərazilərə qəsdən köçürülməsi, xüsusən ermənilərin Dağlıq Qarabağa hansı şəraitdə və necə köçürülmələri barədə təkzibolunmaz faktlar gətirib.  Müəllif həmçinin Dağlıq Qarabağda azərbaycanlılara qarşı erməni terrorunun faciəli nəticələrini statistik məlumatlarla göstərib.

 

R.Şevçenko Beynəlxalq qurumlar və təşkilatların çoxsaylı qətnamələrinə baxmayaraq, Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağda quldur rejiminin, o cümlədən Dnestryanı vilayətində onun "analoqunun" hələ də davam etdiyindən bəhs edib.  Sonda müəllif vurğulayıb ki,  separatizm özündə nəhəng faciələr, o cümlədən böyük insan itkiləri, iqtisadiyyatın dağılması, xalqlar üçün silinməz mənəvi sarsıntılar ilə nəticələnir. Müəllifə qeyd edib ki, ölkələr və xalqlar arasında sülhü qorumaq naminə hər hansı dövlət separatizminə qarşı amansız mübarizə aparılmalıdır.

 

Məqalənin mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

http://tribuna.md/ru/2017/11/20/ru-сепаратизм-как-главная-угроза-госуд/

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR