Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Ermənİstan-Azərbaycan münaqİşəsİnİn həllİ İslam Əməkdaşlıq Təşkİlatı üçün ən prİorİtet məsələdİr

Bakı, 16 avqust, AZƏRTAC

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üçün ən prioritet məsələdir.

AZƏRTAC xəbər verir ki, bu fikir İƏT Səfirlər və Diplomatik Missiya Rəhbərləri Şurasının üzvlərinin Mexiko şəhərində keçirdikləri görüşdə səsləndirilib. Meksika Deputatlar Palatasında keçirilən görüşdə Şuranın sədri Yasir Şaban bildirib ki, İƏT prioritet təşkil edən məsələlərdə Meksikanın da davamlı dəstəyinə ümid bəsləyir.

Xatırladaq ki, İƏT tərəfindən qəbul olunmuş qətnamələrdə Ermənistanın Azərbaycana qarşı təcavüzü qəti şəkildə pislənilir və ondan işğalçılıq siyasətinə son qoyulması tələb olunur.

 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR