ATƏT-in Minsk Qrupunun Həmsədrləri ilə görüş

17 oktyabr 2019 tarixində Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə ATƏT-in Minsk Qrupunun Həmsədrləri arasında görüş keçirilib. Görüş zamanı Dağlıq Qarabağın azərbaycanlı icmasının əsas tələbləri həmsədrlərə təqdim edilərək, azərbaycanlı məcburi köçkünlərin əsas insan hüquqlarının bərpa edilməsi, torpaqlarımıza geri dönmək, Azərbaycanın beynəlxalq tanınmış sərhədlərinin bərpası və Ermənistanın işğalına dərhal son qoyulması istənilib.