İCMANIN STRUKTURU
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin Sədri:
Bayram Əsəd oğlu Səfərov 1950-ci ildə Şuşada anadan olub. İxtisasca iqtisadçıdır. Şuşa Rayon İstehlak Cəmiyyətinin sədri, Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində işləyib. Son illər “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində (”AZAL”) rəhbər vəzifədə çalışıb. 2009-cu il fevral ayının 27-də Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2009-cu il iyunun 5-də Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri seçilib.
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyəti:
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İyunun 5-i 2009-cu il qurultayında təşkilatın 22 nəfərdən ibarət İdarə Heyəti seçilib. İdarə Heyətinin tərkibi belədir:
- Abdullayev Kamal Mehdi oğlu - Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Bakı Slavyan Universitetinin rektoru
- Abdullayev Mehdi Kamal oğlu - Azərbaycan Pedaqoji Universiteti beynəlxalq əlaqələr üzrə prorektoru
- Adıgözəlzadə Murad Zöhrab oğlu - Azərbaycan Dövlət Filarmoniyasının direktoru
- Allahverdiyev Cəlal Eyvaz oğlu - Bakı Dövlət Universitetinin kafedra müdiri
- Bayramov Məhəmmədəli Rəşid oğlu - Xocavənd Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru, Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının sədri
- Bədəlbəyli Fərhad Şəmsi oğlu - Bakı Musiqi Akademiyasının rektoru
- Əliyev Cavid Ələkbər oğlu - Xocalı Rayon Rabitə Şöbəsinin rəisi
- Əliyev Ceyhun Şəfahət oğlu - Bakı Dövlət Universitnti tətbiqi riyaziyyat və kibernetika fakültəsinin müəllimi
- Fərzəliyev Vaqif Məcid oğlu - Azərbaycan Milli Elmlər Akademiyasının akademik katibi
- Həsənov İlyas Atəş oğlu - Tərtər rayon Ağabəyli kənd icra nümayəndəsi
- Hüseynov Eyvaz Möhsüm oğlu - Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı
- Qurbanov Şaban Qurban oğlu - Kəlbəcər Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi
- Mehdiyev Mehdi Yunus oğlu - Ağdam rayon Sırxavənd ərazi nümayəndəsi,
- Məhərrəmov Ramiq İdris oğlu - Şuşa Mərkəzi Rayon Xəstəxanasının baş həkimi
- Məlik-Yeqanov Abbas Zahid oğlu - Sabuncu Rayon İcra Hakimiyyətinin şöbə müdiri
- Məmmədova Həvva İsa qızı – deputat
- Məmmədov Elman Camal oğlu – deputat
- Polad Bülbüloğlu - Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti
- Rzayev Rövşən Şükür oğlu – deputat
- Səfərov Bayram Əsəd oğlu - Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri
- Səfixanov Vahid Sədiyar oğlu - AzərTAc Dövlət İnformasiya Agentliyinin əməkdaşı, jurnalist
- Usubov Şahmar Şahhüseyn oğlu - Xocalı Rayon İcra Hakimiyyətinin başçısı.
İcmanın Əlaqələndirmə Şurası:
Qurultaydan sonra icmanın yeni yaradılmış İdarə Heyətinin ilk iclası keçirilib. İclasda qurumun Əlaqələndirmə Şurası yaradılıb və Azərbaycan Müəllimlər İnstitutunun prorektoru Mehdi Abdullayev şuranın sədri seçilib. Yaxın zamanlarda icmanın analitik informasiya, beynəlxalq əlaqələr, maliyyə və digər bölmələrinin də yaradılması nəzərdə tutulub. Əlaqələndirmə Şurası qurultaylararası dövrdə təşkilat məsələsi ilə məşğul olacaq. İdarə Heyəti üzvlərinin yekdil dəstəyi ilə Mehdi Abdullayev şuranın sədri seçilib. Abdullayev Mehdi Kamal oğlu 1980-ci ildə Bakı şəhərində doğulub. Yazıçı, ədəbiyyatşünas alim, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullanın oğludur. Bakı Dövlət Universitetinin hüquq fakültəsini və Dövlət Dillər Universitetinin tərcümə fakültəsini bitirib.
Ədliyyə Nazirliyində aparıcı mütəxəssis, İstintaq İdarəsində müstəntiq işləyib. Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda çalışıb. Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında müəllim, baş müəllim, dekan müavini olub. 2005-ci ildə «Cinayət prosesində insan hüquqlarının müdafiəsi: Avropa Şurasının standartları və Azərbaycan Respublikasının qanunvericiliyi» mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2009-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.
|