Bizi izləyin:

       
Мuğam Radio







 

AZƏRBAYCANLI QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏR ÖZ DOĞMA YURD-YUVALARINA QAYITMALIDIRLAR

 

 

Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ona bitişik rayonlarından məcburi köçkün düşmüş insanlar öz doğma yurd-yuvalarına qayıtmalıdırlar. Bu, onların pozulmaz hüquqlarıdır. Bu fikirlər ölkəmizdə səfərdə olan ATƏT PA-nın sədri Joao Suareşin Dağlıq Qarabağın Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının üzvləri ilə görüşündə səslənmişdir. Görüşdə əsasən münaqişənin həlli istiqamətində fikir mübadiləsi aparılmışdır.

 

İcmanın rəhbəri Bayram Səfərov, üzvlərdən Fərhad Bədəlbəyli, Vaqif Fərzəliyev, Milli Məclisin deputatları Rövşən Rzayev, Həvva Məmmədova qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası üçün beynəlxalq qurumu əməli addımlar atmağa çağırmışlar. Qeyd olunmuşdur ki, bu münaqişə həll olunmadan regionun təhlükəsizliyinin təminatı mümkün deyildir. Azərbaycan icması əvvəllər də olduğu kimi ermənilərlə sülh şəraitində birgə yaşamağa hazırdır.

 

ATƏT PA-nın sədri demişdir ki, azərbaycanlı qacqın və məcburi köckünlərin öz dogma yurd-yuvalarına qayıtmaları əsas məsələlərdən biridir. Eyni zamanda, bu, onların əsas hüququdur. Bu insanların pozulmuş hüquqlarının bərpası və münaqişənin həlli üçün tərəflərin, eləcə də beynəlxalq qurumların bütün səylərini birləşdirməsi olduqca vacibdir. Görüşün sonunda Dağlıq Qarabağın Azərbaycanlı İcmasının müraciəti ATƏT PA-nın sədrinə təqdim olunmuşdur.

 

Bakı, 15 mart, 2010, (AzərTAc).


Printer
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi ©

Bütün hüquqlar qorunur